×
A
A
A
Sazlamalar

İsveçdə “Midsommar” bayramı qeyd olunur VİDEO

Stokholm, 21 iyun, AZƏRTAC

İyunun 21-də İsveçdə ilin əsas bayramlarından biri - “Midsommar” yay gündönümü günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu bayram iyunun 19-dan sonrakı ən yaxın cümə və şənbə günündə keçirilir və isveçlilər üçün Milad bayramı kimi böyük məna daşıyır. Bayram münasibətilə ölkədə qeyri-iş günü elan edilir. İsveçlilər bu bayramı adətən ailə üzvləri ilə birlikdə şəhərdən kənarda və ya parklarda keçirirlər.
Ənənəyə görə, tədbir bayramın əsas rəmzinin – uzun bayram şüvülünün uşaqlar tərəfindən çiçəklər və otlarla bəzədilməsi ilə başlanıb. Sonra böyüklər onu qaldırıblar və açıq ərazidə yerləşdiriblər.
Tədbir bayram yarmarkası, xalq mahnıları və rəqslər ilə davam edib.
Yay gündönümü günü Şimali Avropanın bir çox ölkələrində, lakin müxtəlif adlarla qeyd edilir.

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2019-06-21 20:09:00

Video