×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentinin deputatları və əməkdaşları qanunverici orqanın binasını tərk ediblər

Tbilisi, 21 iyun, AZƏRTAC

Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdi.
Parlamentdəki jurnalistlər də binadan çıxarılıb.
Qeyd edək ki, bu gün müxalifət parlamentin binası önündə yenidən etiraz aksiyası keçirməyi planlaşdırır.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-21 19:49:00