Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyənin “Bayraktar TB2” pilotsuz aparatı yüz min saatlıq uçuşu uğurla başa vurub

Ankara, 21 iyun, AZƏRTAC
Türkiyə istehsalı olan “Bayraktar TB2” adlı SİHA (Silahlı Pilotsuz Uçuş Aparatı) yüz min saatlıq uçuşu uğurla başa vurub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu Türkiyənin aviasiya tarixində rekord göstəricidir. Bildirilir ki, “Bayraktar TB2” pilotsuz aparatı Türkiyə təhülkəsizlik qüvvələrinin ölkə daxilində, eləcə də Suriya və İraq ərazisində keçirdikləri antiterror əməliyyatlarında müəffəqiyyətlə iştirak edib.
Qeyd edək ki, Türkiyə bu model aparatları Ukraynaya və Qətərə ixrac edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-21 17:08:00