Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yunanıstanda qatar avtobusla toqquşub

Afina, 21 iyun, AZƏRTAC
Afinanın ətraf şəhərlərinə hərəkət edən qatar içərisində sərnişinlərin olduğu avtobus ilə toqquşub.
AZƏRTAC xəbər verir ki, Liosiya bölgəsində baş verən qəza nəticəsində ölən olmayıb. Bəzi sərnişinlər kiçik xəsarət alıblar. Qəzanın səbəbi kimi tıxacın olması göstərilir. Hadisə ilə bağlı araşdırma aparılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-06-21 16:33:00