×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentinin sədri Tbilisidə keçirilən etiraz aksiyaları fonunda istefa verib

Tbilisi, 21 iyun, AZƏRTAC
Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidze Tbilisidə keçirilən etiraz aksiyaları fonunda istefa verməyi qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, dünən Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlament binası qarşısında polislə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində 240 nəfər xəsarət alıb.
Gürcü müxalifətinin liderləri bu gün axşam saatlarında növbəti aksiya keçirməyi planlaşdırdıqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-21 15:44:00