Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Toxuculuq sənayesində 47,4 faiz artım olub

Bakı, 21 iyun, AZƏRTAC

Bu ilin ilk 5 ayında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 197,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 47,4 faiz artım, geyim istehsalında 0,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 27,7 faiz azalma müşahidə olunub.

Sənaye 2019-06-21 15:49:00