×
A
A
A
Sazlamalar

Avropa komissarı: Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq

Buxarest, 21 iyun, AZƏRTAC

Bolqarıstan və Rumıniya tezliklə Şengen məkanına daxil olacaq.
Bu sözləri Buxarestdə rəsmi səfərdə olan miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı Dimitris Avramopulos deyib.
Komissar qeyd edib ki, bunun reallaşması üçün bəzi texniki və praktiki tələblər hələ də yerinə yetirilməyib. Rumıniya, Xorvatiya və Bolqarıstanın bu istiqamətdə səyləri məsələnin daha da tezləşməsinə xidmət edəcək.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2019-06-21 15:48:00