Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı Brexit sazişi üzrə danışıqlara qayıtmayacaq

Bakı, 21 iyun, AZƏRTAC

Avropa İttifaqında qalan 27 ölkə formatında keçirilən sammit Böyük Britaniyanın yeni Baş Naziri ilə işləməyə hazır olduğunu, lakin Brexit sazişi üzrə danışıqlara qayıtmayacağını elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının sədri Donald Tusk sammitin nəticələrinə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, liderlər Brexit mövzusunu qısa şəkildə müzakirə edib və Avropa İttifaqında qalacaq 27 ölkənin vahid mövqeyini razılaşdırıb. Qurum London və Brüssel arasında daha yaxşı münasibətlərin əldə olunması üçün Böyük Britaniyanın yeni Baş Naziri ilə işləməyə hazırdır. Lakin Avropa İttifaqı Brexit şərtləri barədə saziş layihəsinin danışıqlar üçün açıq olmadığını hesab edir.
“Biz nizamsız Brexit prosesindən yayınmaq və gələcəkdə Böyük Britaniya ilə mümkün qədər yaxın münasibətlər qurmaq istəyirik”, - deyə Donald Tusk bildirib.

 

Dünya 2019-06-21 15:38:00