×
A
A
A
Sazlamalar

Estoniya Almaniyadan 40 milyon avro dəyərində silah alıb

Tallinn, 21 iyun, AZƏRTAC 

Estoniya hökuməti Almaniyanın EuroSpike GmbH şirkətindən 40 milyon avro dəyərində tank əleyhinə silah alıb.
AZƏRTAC xəbər verir ki, Estoniyanın Müdafiə Nazirliyi müvafiq sənədləri artıq imzalayıb və alınmış silahlar yaxın 7 il ərində ölkəyə gətiriləcək. Bu dövr ərzində əlavə ödənişlə yeni texnikanın alınması da mümkündür. İlkin mərhələdə Estoniya tank əleyhinə silah və sursat alacaq.
Sözügedən şirkət dünyanın 30 ölkəsinə silah satır. Tank əleyhinə istifadə olunan silah 4 min metr uzaqlıqdakı hədəfi nişan alır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2019-06-21 15:37:00