Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Özbəkistan Ali Məclisi Senatının yeni sədri seçilib

Daşkənd, 21 iyun, АZƏRTAC

İyunun 21-də Özbəkistan Ali Məclisi Senatının 20-ci plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iclasda çıxış edib.
İclasda təşkilati məsələyə baxılıb. Şavkat Mirziyoyev bundan əvvəl Baş Nazirin müavini, respublika Qadınlar Komitəsinin sədri Tənzilə Narbaevanı Özbəkistan Ali Məclisi Senatının sədri seçilməsini təklif edib.
Səsvermə yolu ilə Tənzilə Narbaeva Ali Məclis senatının sədri seçilib.
Qeyd edək ki, iyunun 20-dək Ali Məclis Senatının sədri olan Niqmatulla Yuldaşev Özbəkistanın Baş prokuroru təyin edilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-06-21 15:22:00