×
A
A
A
Sazlamalar

İranda kömür mədənində partlayış baş verib

Tehran, 21 iyun, AZƏRTAC

İranın Mazandaran vilayətindəki kömür mədənlərinin birində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə gələn xilasedicilər uçqunun altında qalanları xilas ediblər. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Vilayətin valisi Səid Yazdani bildirib ki, partlayışın səbəbini araşdırmaq üçün komissiya yaradılacaq. Onun sözlərinə görə, həlak olanların ailələrinə lazımi köməklik göstəriləcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-06-21 15:15:00