×
A
A
A
Sazlamalar

Tbilisidə etiraz aksiyası zamanı 240 nəfər yaralanıb

Tbilisi, 21 iyun, AZƏRTAC 

Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının gedişində və onun dağıdılması zamanı 240 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Səhiyyə nazirinin müavini Zuzu Bozua deyib. Onun sözlərinə görə, zərər çəkənlərdən 102-si xəstəxanalara yerləşdirilib.
Xatırladaq ki, dünən Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.
Gürcü müxalifətinin liderləri bu gün axşam saatlarında növbəti aksiya keçirməyi planlaşdırdıqlarını bildirirblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Dünya 2019-06-21 13:06:00