×
A
A
A
Sazlamalar

Gürcüstan prezidenti Tbilisidə iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyub

Tbilisi, 21 iyun, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili dünən Tbilisidə baş verən iğtişaşlar səbəbindən Belarus səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır.
AZƏRTAC xəbər verir ki, Salome Zurabişvili bu gün səhər Belarusun Baş Naziri Sergey Rumas ilə görüşməli idi. Lakin jurnalistlərə bildiriblər ki, görüş olmayacaq. Gürcüstan prezidenti Minskə ikinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün getmişdi.
Dünən Tbilisidə Rusiya parlamenti nümayəndə heyətinin Gürcüstana səfərinə qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları dəmir maneələri aşıraraq Parlamentin binasına girməyə cəhd göstəriblər. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Hər iki tərəfdən xəsarət alanlar var.
Daxili İşlər naziri Georqi Qaxariya parlament binasının qarşısına gələrək aksiya iştirakçılarını sakitliyə dəvət edib və baş verənləri hökumət nümayəndələrinə qarşı zorakılıq adlandırıb.
Gürcü müxalifətinin liderləri bu gün axşam saatlarında növbəti dinc aksiya keçirməyi planlaşdırdıqlarını bildirirblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2019-06-21 12:09:00