Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İran BMT-yə etiraz məktubu ünvanlayıb

Tehran, 21 iyun, AZƏRTAC
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte-Rəvançi təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Amerikanın pilotsuz uçan təyyarəsinin ölkə ərazisinə təcavüz etməsi ilə bağlı Tehranın etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, M. Təxte-Rəvançi məktubda ABŞ-ın hərəkətinin beynəlxalq qanunları və BMT-nin nizamnaməsini pozduğunu bildirib. Məktubda qeyd olunub ki, İran müharibə arzusunda deyil, amma ölkə ərazisinin hüdudlarının pozulmasının qarşısını da lazımi tədbirlərlə alacaq. İran öz qanuni haqqını qoruyur və hava, su, quru sərhədlərini qəti şəkildə müdafiə etmək əzmindədir.
Xatırladaq ki, ABŞ-ın "Qlobal Hauk" tipli pilotsuz uçan təyyarəsi İranın hava sərhədini pozaraq Hormozqan vilayətinə daxil olmuşdu. Təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun zenit raket sistemi tərəfindən vurulub.
Hadisədən sonra rəsmi Vaşinqton təyyarənin ABŞ-a məxsus olmadığını bəyan etdi. Sonra isə Prezident Donald Tramp İranın böyük yanlışlığa yol verdiyini bildirib. İran bu insidentin BMT tərəfindən müzakirə olunmasını istəyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-06-21 11:59:00