Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Londonda nəqliyyatsız gün keçiriləcək

London, 21 iyun, AZƏRTAC
London şəhərinin meri Sadiq Xan havanın çirklənməsinin qarşısını almaq məqsədilə sentyabrın 22-də nəqliyyatsız gün elan edib.
Mer London Bridge, Tower Bridge və şəhər ətrafında olan bəzi yerlərdə nəqliyyatın istifadəyə qapalı olacağını açıqlayıb.
O bildirib ki, ilk dəfə şəhər mərkəzindəki yolların böyük hissəsi bağlı olacaq, bu da insanlara başqa vasitələrdən istifadə etmək imkanı yaradacaq.
Qeyd edək ki, havanın çirklənməsi ildə təxminən 40 min insanın erkən ölümünə səbəb olur.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-06-21 10:32:00