×
A
A
A
Sazlamalar

Yaponiya Rusiya bombardmançılarının uçuşu ilə bağlı vəziyyəti araşdırır

Tokio, 21 iyun, AZƏRTAC

Yaponiya hökuməti Rusiyaya məxsus Tu-95 strateji bombardmançılarının iki dəfə bu ölkənin hava məkanını pozması ilə bağlı vəziyyəti araşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 21-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.
“Məsələyə cavabdeh olan idarələr hazırda Rusiya təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qarşı tərəfin mümkün niyyətlərini araşdırır. İndiki vəziyyətdə baş verən hadisə barədə digər şərhlərə ehtiyatla yanaşmaq lazımdır”, - deyə baş katib bildirib.
Bu ərəfədə Kyodo agentliyi Yaponiya hökumətinin diplomatik kanallar vasitəsilə hadisə ilə əlaqədar Moskvaya etirazını çatdırması barədə məlumat yayıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-21 08:42:00