×
A
A
A
Sazlamalar

İtaliyada cinayətkar qruplaşmanın yeddi üzvü həbs edilib

Roma, 21 iyun, AZƏRTAC
İtaliya polisi Siciliya bölgəsində yerləşən Aqricento şəhərində mafiya əleyhinə əməliyyat zamanı yeddi nəfəri həbs edib.
AZƏRTAC İtaliyanın “repubblica.it” saytına istinadla xəbər verir ki, həbs edilənlər arasında Likata şəhərində mafiya şəbəkəsinə rəhbərlik etməsi ehtimal olunan 64 yaşlı Ancelo Okçipinti də var.
Əməliyyat Almaniyada inşaat işləri ilə məşğul olan şirkətin şantaja məruz qalması faktlarını aşkar edən maliyyə hesablaşması ilə əlaqəlidir. Polis mafiya şəbəkəsinin slot-maşınlar sektoru ilə əlaqəsinin olması iddiasına da aydınlıq gətiriləcəyini qeyd edib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-06-21 08:10:00