×
A
A
A
Sazlamalar

Tokioda hərbi helikopter qəzaya uğrayıb

Tokio, 21 iyun, AZƏRTAC

İyunun 21-də Tokionun qərbində yerləşən Taçikava hərbi aerodromunda eniş zamanı Yaponiya quru qoşunlarına məxsus UH-1 helikopteri qəzaya uğrayıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, enmə zamanı torpağa zərblə çırpılan helikopterin quyruq hissəsi qopub. Göyərtədə olan iki nəfərin heç biri xəsarət almayıb.
Xatırladaq ki, ABŞ hərbi-hava qüvvələrinə məxsus eyni növ helikopter ötən ilin aprelində Kyuşu adasında yerləşən Kumamoto mülki aeroportuna məcburi eniş etmişdi. Həmin vaxt da hadisə nəticəsində xəsarət alan olmamışdı.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-21 07:50:00