Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Monteneqro 2020-ci ildə Mərkəzi Avropa Təşəbbüsü təşkilatına sədrlik edəcək

Podqoritsa, 21 iyun, AZƏRTAC
Mərkəzi Avropa Təşəbbüsü təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında “Triest Bəyannaməsi” qəbul edilib.
AZƏRTAC “total-montenegro-news” saytına istinadla xəbər verir ki, bəyannamədə Monteneqronun 2020-ci il yanvarın 1-dən Mərkəzi Avropa Təşəbbüsü təşkilatına sədrlik edəcəyi təsdiqlənib. Monteneqro Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bu, ölkənin regional mexanizmdə sədrliyinin 10-cu ildönümü münasibətilə baş tutacaq.
“Monteneqronun sədrliyi daha effektiv nəticələrə və sabit sosial-iqtisadi inkişafa yol açacaq. Təşkilatın 17 üzv dövləti arasında dialoq və əlaqələrin möhkəmlənməsinə çalışacağıq”, - deyə xarici işlər naziri Srcan Darmanoviç söyləyib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Dünya 2019-06-21 05:15:00