×
A
A
A
Sazlamalar

Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğv edib

Bişkek, 21 iyun, АZƏRTAC

Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin ittiham edilməsi və toxunulmazlıq statusunun ləğv olunması barədə qanun qəbul edib. AZƏRTAC xəbər verir ki, sənədin lehinə 100, əleyhinə 5 deputat səs verib.
Hüquqi qiymət verilməsi üçün sənəd Qırğızıstan Baş Prokurorluğuna göndəriləcək. Parlamentdə bununla bağlı yaradılan təşəbbüs qrupu eks-prezident Almazbek Atambayevi vəzifəsindən sui-istifadə etməklə bir sıra cinayətlər törətməkdə ittiham edir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-06-21 03:17:00