×
A
A
A
Sazlamalar

Türkiyə: təhlükəli qadın terrorçu Kamile Kayır yaxalanıb

Ankara, 20 iyun, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda daha bir uğurlu antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, DHKP-C terror təşkilatına qarşı keçirilmiş əməliyyatda 7 nəfər şübhəli qismində yaxalanıb. Onlardan biri Kamile Kayır adlı təhlükəli qadın terrorçudur. “Derya” ləqəbli bu terrorçu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.
Bildirilir ki, PKK/KCK terror təşkilatlarına qarşı İstanbul, Kocaeli və Muşda eyni vaxtda keçirilmiş digər bir antiterror əməliyyatında 6 terrorçu yaxalanıb. Bu terrorçuların adları və ləqəbləri Mardində mağarada terrorçulara məxsus ələ keçirilən əşyalar nəticəsində bəlli olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-20 20:59:00