Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlətin vətəndaşlara olan qayğısının parlaq göstəricisidir
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar dövlətin vətəndaşlara olan qayğısının parlaq göstəricisidir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının imzaladığı sərəncamlar hər bir vətəndaşın sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası sosial siyasətin əsas tərkib hissəsi olaraq əməkhaqlarının mütəmadi artırılması əhalinin rifah halını yaxşılaşdırır.
Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan
AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər
ADPU-da türk professorun məruzəsi dinlənilib
MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib
Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib