×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində gənc rejissorların ekran əsərləri nümayiş olunacaq

Bakı, 20 iyun, AZƏRTAC
İyunun 25-də Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış “Ayaqqabı əməliyyatı”, “Balaca”, “Sənin sevdiyin musiqi” və “Estakada” filmləri nümayiş etdiriləcək.

Mədəniyyət 2019-06-20 19:10:00