Rusiya Prezidenti canlı yayımda 81 sualı cavablandırıb
Moskva, 20 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə növbəti canlı yayım 4 saat 8 dəqiqə davam edib.
AZƏRTAC xəbər verir ki, 17-ci dəfə keçirilən canlı yayıma vətəndaşlardan təxminən 2 milyon sual daxil olub. Prezident ölkə vətəndaşlarının həyat səviyyəsi, səhiyyə, iqtisadiyyat, korrupsiya ilə mübarizə, müasir texnologiyaların inkişafı, biznesə dəstək və digər sahələrə dair 81 sualını cavablandırıb.
Rusiya lideri beynəlxalq məsələlərə, o cümlədən ABŞ-la münasibətlərə, Suriya münaqişəsinin həllinə və digər mövzulara da toxunub. V.Putin Suriya probleminin həllində tərəfdaş ölkələrin, o cümlədən Türkiyə və İranın, habelə Avropa dövlətlərinin dəstəyinə ümid bəslədiyini söyləyib. ABŞ-ın İrana qarşı güc tətbiq edə biləcəyi barədə suala cavabında Rusiya dövlətinin başçısı bildirib ki, bu, region üçün böyük fəlakətə çevrilə, çoxlu sayda insanın qaçqın düşməsinə səbəb ola bilər. Münaqişənin hərbi yolla həllinin nəticələrini hesablamaq belə çətindir. V.Putin qeyd edib ki, İran şiə ölkəsidir: “İslam dünyasında bilirlər ki, bu insanlar öz mənafelərini, ölkələrini müdafiə etmək üçün hər şeyə hazırdırlar”. Rusiya Prezidenti vəziyyətin bu dərəcəyə gəlib çıxmasını arzuolunmaz hesab edib.
Vladimir Putin internetin suverenliyi və yalan məlumatların yayılması problemindən danışarkən bildirib ki, bu məsələ getdikcə daha kəskin şəkil alır. O, bilərəkdən yalan informasiya yayılmasına görə cəzaların sərtləşdirilməsinə hələlik ehtiyac duyulmadığını vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar