×
A
A
A
Sazlamalar

Üzərində narkotik vasitə daşıyan Şəki sakini saxlanılıb

Bakı, 20 iyun, AZƏRTAC 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Şahin Rəsulov saxlanılıb. Polis Şöbəsində onun üzərində axtarış aparılarkən 232 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2019-06-20 18:52:00