Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sloveniyada informatorlar üçün ilk portal fəaliyyətə başlayıb

Lyublyana, 20 iyun, AZƏRTAC
Sloveniyada informatorlar üçün ilk internet portalı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Adriatik regionunda təhqiqat jurnalistika mərkəzi “Oştro” tərəfindən idarə olunan portal (www.zvizgac.si) istifadəçilərə mümkün olan ǝn yüksǝk tǝhlükǝsizliyǝ, onların anonimliyinə və şəxsi məlumatlarının qorunmasına zəmanət verir. Bu barədə məlumatı “The Slovenia Times” qəzeti yayıb.
Məqalədə qeyd edilir ki, portal Sloveniya Beynǝlxalq Araşdırmaçı Jurnalistlǝr Konsorsiumunun (ICIJ) üzvü Anuşka Deliçin rǝhbǝrliyi altında hazırlanıb. Bu portal informatorlara ifşaedici fayllar, sǝnǝdlǝr, şǝkillǝr, videolar yüklǝmǝyǝ imkan verǝcǝk. Göndǝrilǝn mǝlumatlar “Oştro”nun araşdırmaçı jurnalistlǝri tǝrǝfindǝn yoxlanılacaq. Anuşka Deliç bildirib ki, göndǝrilǝn mǝlumatların hamısı işıqlandırılmayacaq.
Portal “Mǝtbuat Azadlığı” qeyri-kommersiya fondunun açıq kodlu proqram tǝminatı olan “SecureDrop” sistemindǝn istifadǝ edir. Eyni zamanda, bildirilir ki, informatorlar bu portaldan istifadə edərkən onların mühafizǝsi üçün verilǝn tǝlimatlara dǝqiq riayǝt etmǝlidirlǝr.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana

Dünya 2019-06-20 17:59:00