×
A
A
A
Sazlamalar

“TurkStream”in Türkiyədə qazın qəbulu terminalının inşasının 80 faizdən çoxu tamamlanıb

Bakı, 20 iyun, AZƏRTAC

Rusiya təbii qazını Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin (“TurkStream”) inşası çərçivəsində Türkiyədə qazın qəbulu terminalının tikintisinin 80 faizdən çoxu tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb.
Bildirilir ki, Kıyıköydə tikilən terminalda işlərin 80 faizdən çoxu görülüb. “TurkStream”in Qara dənizdən keçən hissəsində boruların döşənməsi tamamlanıb. Rusiya tərəfindəki kompressor stansiyasında sınaq-sazlama işləri aparılır. “TurkStream”in Rusiyadakı hissəsi isə istifadəyə hazırdır.
Qeyd edək ki, “TurkStream”lə ilk təbii qazın nəqli bu il dekabrın 31-də planlaşdırılır.
“Gazprom” bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.

Dünya 2019-06-20 17:57:00