×
A
A
A
Sazlamalar

Neftin qiyməti geosiyasi proseslər fonunda bahalaşır

Bakı, 20 iyun, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti geosiyasi proseslər fonunda artır.
AZƏRTAC xəbər verir ki, İranın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurması, Birləşmiş Ştatlar ilə Çin arasında ticarət razılaşmasının imzalanacağına dair gözləntilər, ABŞ-ın xam neft ehtiyatlarının geriləməsi “qara qızıl”ın qiymətinin 2 faizədək artmasına səbəb olub.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,75 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 55,94 dollara satılır.

Neft - qaz 2019-06-20 17:22:00