×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda “Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub

Bakı, 20 iyun, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası” İctimai Birliyinin (İB) Milli Proqram İnkişaf direktoru, sosioloq Cavid İmamoğlunun təqdimatında BMT-nin Əhali Fondunun (UNFPA Azerbaijan) dəstəyi ilə “Gender əsaslı zorakılıq” mövzusunda təlim təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov ali təhsil müəssisəsində ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun əhəmiyyətinə toxunaraq diqqətə çatdırıb ki, gender bərabərliyi təkcə mədəni və mənəvi hadisə deyil, həmçinin yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün də zəruri şərtlərdəndir. İlkin Əlimuradov gənclər arasında gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Cavid İmamoğlu təlimdə kişilər və qadınlar arasında ayrı-seçkiliyin əsas səbəbləri və onların aradan qaldırılması yolları haqqında məruzə ilə çıxış edib. O bildirib ki, müzakirələrdə məqsəd cəmiyyətdə gender zəminində formalaşmış ayrı-seçkiliyi müzakirə etməkdir. Gender əsaslı zorakılıq təkcə qadınlara fiziki güc tətbiq etmək deyil, həmçinin cinsi, psixoloji, emosional basqı və digər təzyiqləri də əhatə edir.
Təlimdə gender məfhumuna aydınlıq gətirilib, müzakirələr interaktiv formada keçirilib. Qeyd olunub ki, zorakılığı anlamaq üçün müxtəlif çalışmalar həyata keçirilir.
Təlimdə iştirakçılar gender əsaslı zorakılığın başvermə səbəbləri və qarşısını almaq yolları barədə məlumatlandırılıb. Onlar gender əsaslı zorakılıq zəminində formalaşan stereotiplər və miflər ilə tanış olublar.
Təlim müzakirələrlə davam edib.

Elm və təhsil 2019-06-20 16:42:00