×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 69,5 faizi sənaye və tikintiyə ayrılıb

Bakı, 20 iyun, AZƏRTAC 

Bu ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,7 faizi sənaye, 20,8 faizi tikinti, 14,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sözügedən vəsaitin 2,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,6 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1,2 faizi səhiyyə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,6 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,5 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi maliyyə və sığorta fəaliyyəti sahələrinə ayrılıb.

 

Tikinti̇ 2019-06-20 16:26:00