×
A
A
A
Sazlamalar

“Nizami” metro stansiyasında eskalator əsaslı təmir olunur

Bakı, 20 iyun, AZƏRTAC

“Nizami” metro stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110 min kilometr qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. Təmir dövründə eskalatorun əsas hissələri sökülərək təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabrda eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. Həmçinin “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

Nəqliyyat 2019-06-20 16:21:00