×
A
A
A
Sazlamalar

Hazır metal məmulatlarının istehsalı artıb

Bakı, 20 iyun, AZƏRTAC
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-may aylarında 285,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə hazır metal məmulatlarının istehsalı sahəsində 21,1 faiz artım, metallurgiya sənayesində 18,4 faiz azalma müşahidə olunub.
Həmçinin sahə üzrə 5 min 454,5 ton (83,2 faiz çox) qara metallardan digər konstruksiyalar, 16,3 min ton (1,2 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.

Tikinti̇ 2019-06-20 15:54:00