Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yanvar-may aylarında 325 milyon manatlıq tikinti materialı istehsal edilib

Bakı, 20 iyun, AZƏRTAC
Cari ilin ilk 5 ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 faiz artaraq 325,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tikinti kərpicinin istehsalı 62,5 faiz, tikinti əhənginin istehsalı 38,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 24,4 faiz, sementin istehsalı 3,1 faiz artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 53 faiz, tikinti gipsinin istehsalı isə 84,2 faiz azalıb.

Tikinti̇ 2019-06-20 15:46:00