×
A
A
A
Sazlamalar

Ölkədən göndərilən bəzi neft-qaz məhsullarının həcmi və dəyəri açıqlanıb


Bakı, 20 iyun, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycandan dəyəri 47 milyon 398,3 min ABŞ dolları olan 78 min 256,9 ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 4 ayda ölkədən, həmçinin 129 milyon 621,2 min dollarlıq 276,7 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 5 milyon 647,9 min dollarlıq 27 min 387,6 ton maye qaz, 6 milyon 385,1 min dollarlıq 64 min 631,5 ton neft koksu göndərilib.

Neft - qaz 2019-06-20 14:11:00