Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir

Bakı, 20 iyun, AZƏRTAC

Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı həmişə diqqəti cəlb edən məsələlərdən biridir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyil. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun “Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir” adlı məqaləsində bildirilir.
Məqalədə qeyd edilir ki, aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir.

Daxili siyasət 2019-06-20 14:07:00