×
A
A
A
Sazlamalar

Bu il ölkədən 4,8 milyard dollarlıq xam neft göndərilib

Bakı, 20 iyun, AZƏRTAC

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycandan 10 milyon 365,2 min ton xam neft ixrac edilib. Dörd ayda ixrac edilən neftin dəyəri isə 4 milyard 815 milyon 874 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft - qaz 2019-06-20 14:20:00