Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rezin və plastik kütlə məmulatlarının istehsalında məhsul buraxılışı artıb

Bakı, 20 iyun, AZƏRTAC

Beş ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 430,4 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 16,8 faiz, kimya sənayesində 30,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 32,8 faiz artıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 89,1 faiz, propilen istehsalı 72,3 faiz, etilen istehsalı 18,7 faiz, yod istehsalı 9,6 faiz, polietilen istehsalı 0,8 faiz artıb. Plastik boruların istehsalı 4,2 dəfə, butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalı 83,4 faiz çoxalıb.

 

Sənaye 2019-06-20 14:15:00