×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib

Bakı, 20 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, düşmənlə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirən döyüş postlarının növbətçi heyətləri arasında “Ən intizamlı və döyüş yoldaşlığı möhkəm olan post” adı uğrunda müsabiqə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə mərhələdən ibarət olan müsabiqə əvvəlcə birləşmə sonra isə birlik səviyyəsində təşkil olunub.
Yarışın yekun nəticələrinə əsasən ən yaxşı növbətçi heyət müəyyən edilərək mükafatlandırılıb.

Ordu 2019-06-20 14:05:00