×
A
A
A
Sazlamalar

Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır

Bakı, 20 iyun, AZƏRTAC

Dövlət qulluğu sahəsində aparılan islahatlar cəmiyyətin inkişafında həmişə mühüm rol oynayıb və onun inkişafına, müasirləşməsinə müsbət təsirini göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikir Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun “Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir” adlı məqaləsində öz əksini tapıb.
Məqalədə qeyd edilir ki, dövlət idarəçiliyinin ən mühüm elementlərindən biri olan dövlət qulluğunu həyata keçirən insanlar, yəni, dövlət qulluqçuları cəmiyyətdə gedən inkişaf proseslərinin həm təşkilatçısı, həm də icraçısıdırlar. Bu sahənin işi nə qədər yaxşı qurulsa, cəmiyyətin uğurları bir o qədər yüksək, nəticələri daha səmərəli olar. Buna görə də dövlətimizin başçısının səyləri ilə Azərbaycanda dövlət qulluğunun optimallaşdırılması, onun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün sistemli və məqsədyönlü iş aparılır.

Daxili siyasət 2019-06-20 13:54:00