×
A
A
A
Sazlamalar

Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 42 nəfər yaralanıb

Bakı, 20 iyun, AZƏRTAC

Hindistanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həlak olub, 42 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, hadisə iyunun 20-nə keçən gecə ölkənin mərkəzi hissəsində yerləşən Çhattisqarh ştatında qeydə alınıb. Toy mərasimindən qayıdan və təxminən 50 nəfəri daşıyan furqon qarşı tərəfdən gələn yük avtomobili ilə toqquşub. Dörd nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanada keçinib.
Digər yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

 

Dünya 2019-06-20 13:50:00