Portuqaliyanın dəniz polisi Yunanıstanda daha 37 miqrantı xilas edib
Lissabon, 20 iyun, AZƏRTAC
Portuqaliyanın dəniz polisi Yunanıstanın Lesbos adasında daha 37 miqrantı, o cümlədən 7 uşağı xilas edib. Bununla da iyun ayında Yunanıstan sularında həyatı xilas olan miqrantların sayı artaraq 188-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın dəniz polisi öz missiyasını 2020-ci ilin yanvarınadək davam etdirəcək.
Dəniz polisi “Frontex” Avropa Sərhədyanı Agentliyinin himayəsi altında və Yunanıstan Sahil Mühafizə Xidmətinin dəstəyi ilə həyata keçirilən “Poseydon” əməliyyatının bir hissəsidir. Bu əməliyyat Yunanıstanın və Avropa İttifaqının xarici dəniz sərhədlərinə nəzarət və monitorinq, beynəlxalq cinayətkarlığa qarşı mübarizə məqsədi daşıyır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
İkinci Dünya müharibəsində həlak olan 878 nəfərin qalıqları Belarusda tapılaraq yenidən dəfn edilib
Türkiyədə son sutka ərzində 137 nəfər koronavirusdan həyatını itirib
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb
Son sutka ərzində dünyada 11 mindən çox insan koronavirusdan həyatını itirib
“Türk Hava Yolları” aviaşirkəti İsrail uçuşlarını müvəqqəti dayandırır