×
A
A
A
Sazlamalar

Yasamal sakininin pulunu və qol saatlarını açıq talama yolu ilə aparan şəxs yaxalanıb

Bakı, 20 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 qol saatını açıq talama yolu ilə apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Maddi sübutlar ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır.

 

Hadisə 2019-06-20 13:04:00