×
A
A
A
Sazlamalar

Bu yollarda rənglənmə işləri aparılacaq

Bakı, 20 iyun, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün saat 22:00-dan iyunun 21-i səhər saatlarınadək paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli və Təbriz küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən küçələrdə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2019-06-20 12:26:00