×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən müxtəlif məhsullar aşkarlanıb

Bakı, 20 iyun, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda müxtəlif məhsulun qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları – 13 qulaqlıq, 4 səsgücləndirici, 5 fotoaparat, 5 oyun diski, 1 plata, 4 “driver”, 27 hard disk, 3 ştrix kod oxuyucu, 3 videokart, 13 RAM, 44 fleş-kart, 2 proyektor və 15 ətir, həmçinin düzgün bəyan edilməyən 6 qol saatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-06-20 10:42:00