×
A
A
A
Sazlamalar

Cari ildə əsas kapitala 5 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 20 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında əsas kapitala 5 milyard 38,7 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 5,6 faiz artıb.
İstifadə olunmuş vəsaitin 3 milyard 245 milyon manatı və ya 64,4 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 355,3 milyon manatı (26,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 438,4 milyon manatı (8,7 faizi) isə ümumi sahəsi 771,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 668,4 milyon manatını və ya 72,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 445,2 milyon manatı və ya 68,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

 

Tikinti̇ 2019-06-20 10:41:00