×
A
A
A
Sazlamalar

Siqaret, mobil telefon və aksesuarların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 19 iyun, AZƏRTAC

Siqaret, mobil telefon və aksesuarların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 523” markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin oturacaqlarının altında və sürət qutusunun üst hissəsində 3000 ədəd “King” markalı siqaret, 1 ədəd “Samsung Galaxy A30”, 2 ədəd “Samsung Galaxy J2 Core”, 1 ədəd “Xiaomi Redmi Note 7” markalı mobil telefonlar, 4 ədəd “qulaqlıq”, 10 ədəd USB kabel və yükləyici aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-06-19 19:22:00