×
A
A
A
Sazlamalar

Yabanı halda bitmiş 8 tondan çox çətənə kolları məhv edilib

Bakı, 19 iyun, AZƏRTAC 

Yabanı halda bitmiş 8 tondan çox çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 215 kiloqramdan artıq olan 1536 çətənə kolu aşkarlanaraq məhv edilib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisində yabanı halda bitmiş 2,3 ton çəkisi olan 5700 çətənə kolu aşkarlanaraq yandırılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitmiş 5,7 ton çəkidə 11 min 790 çətənə kolu aşkar olunaraq məhv edilib.

Hadisə 2019-06-19 19:21:00