×
A
A
A
Sazlamalar

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Bakı, 19 iyun, AZƏRTAC

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mehmet Əli Dim iyunun 19-da Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Şuradan AZƏRTAC-a bildiriblər ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan baş direktora Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyəti barədə məlumat verib. Söhbət zamanı, həmçinin mövcud sahədə görüləcək işlərdən danışılıb. Qonağa Mətbuat Şurasının xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələri barədə də məlumat verilib.
M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə danışıb. Cəmiyyətin kifayət qədər geniş platforma olduğunu deyən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac var. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Cəmiyyət 2019-06-19 18:22:00