×
A
A
A
Sazlamalar

Bu il Azərbaycanda 15,6 milyon ton neft və 10 milyard kubmetr əmtəəlik təbii qaz çıxarılıb

Bakı, 19 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Azərbaycanda 15 milyon 686,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 14 milyard 475,6 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 10 milyard 83,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,7 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 0,7 faiz çoxalıb.
Ölkədə neft istehsalı 2,9 faiz azalıb, qaz hasilatı isə 40,4 faiz artıb.

Neft - qaz 2019-06-19 17:56:00