×
A
A
A
Sazlamalar

Dövlət Xidməti: İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Bakı, 19 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasında 2019-cu ilin iyulunda müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 26-dan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, vətəndaşlar iyunun 26-dan etibarən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı Xidmətin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Eyni zamanda, müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Sosial 2019-06-19 17:55:00